​Sabunçu rayonunda dənizdə boğulan şəxs xilas edilib

  • By admin
  • 07 Avqust 2016 19:25

bog

 

Axşam saatlarında Bakının Sabunçu rayonunda 1 nəfər dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşib.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olub.

Dərhal nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyati üzrə təhvil veriblər. Əməliyyat saat 17:55-də başa çatıb.

 

Gununsesi.info