İranda terrorçu PKK-nın qolu “Pejak”ın 5 silahlısı öldürülüb.
Gununsesi.info xəbər verir ki, bu haqda İran İnqilab Keşikçiləri Qvardiyasının mətbuat xidməti məlumat yayıb.
İnformasiyaya əsasən, hadisə İranın Sərdəşt rayonunda baş verib.
Qeyd edək ki, terrorçu PKK qruplaşmasının “Pejak” adlı qolu 2003-cü ildə İran ərazisində pozuculuq fəaliyyəti göstərmək məqsədi ilə yaradılıb. Bu terrorçu qruplaşma İranın Kürdüstan əyalətində, İranın İraqla sərhədyanı zonasında fəaliyyət göstərir. “Pejak”çılar İranın hakimiyyət təmsilçiləri və din xadimlərinə tez-tez hücum edirlər.
(Report, TASS)