
Bu ilin ilk rübündə Türkiyədə iqtisadi artım tempi illik müqayisədə 4,8% təşkil edib. Gununsesi.info xəbər verir ki, ilkin proqnozlar iqtisadi artım tempinin 4,4% olacağını bildirirdi.
Xatırladaq ki, Türkiyə iqtisadiyyatı 2015-ci ilin son rübündə 5,7%, 2015-ci ilin yekununda isə 4% artıb.
Türkiyə Statistika İdarəsindən (TÜİK) verilən məlumata əsasən, bu ölkədə ÜDM-in həcmi 2016-cı ilin ilk rübündə 4,8% artaraq 31 679 mln. lirəyə (10 560 mlrd. dollar) bərabər olub. Kənd təsərrüfatı keçən ilin analoji dövrü ilə müqayisədə 2,7%, sənaye 5,9%, xidmət sektoru isə 5,1% artıb. Əhalinin istehlak xərcləri isə real olaraq 6,9% yüksəlib.
(Report)