![](https://www.gununsesi.info/wp-content/uploads/2019/10/en-iyi-sigorta-şirketleri-150x75.png)
Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən könüllü tibbi sığorta üzrə bu ilin yanvar ayı ərzində 51 808,4 min manat sığorta haqqı toplanıb.
Gununsesi.org-un Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, tibbi sığorta üzrə yığımlar ötən ilin eyni dövrünə nisbətən 13,6% artıb.
Eyni zamanda, şirkətlər tərəfindən bu ilin ilk ayı ərzində 5 712,2 min manat həcmində ödəniş həyata keçirilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,8 dəfə çoxdur.