“Əbədi həyat”a sərmayə qoydu

  • By admin
  • 07 Sentyabr 2021 11:36

ABŞ-ın ticarət nəhəngi “Amazon”un qurucusu, ən zəngin insanların siyahısında yer alan Ceff Bezos ilə informasiya texnologiyaları investoru Yuri Milner qocalmanı dayandırmaq üçün hərəkətə keçib.

Gununsesi.info xarici mətbuata istinadla xəbər verir ki, Bezos və Milner “hüceyrə bərpası proqramı” təqdim edən “Altos Labs” biotexnika şirkətini maliyyələşdirdiklərini elan ediblər.

“Altos Labs” bu ilin əvvəlində ABŞ və Böyük Britaniyada qurulub. Şirkət yaşlanmanın qarşısını almaq üçün “hüceyrə yeniləmə proqramı” texnologiyasını inkişaf etdirir. Ceff Bezos və Yuri Milner kimi investorların dəstəklədiyi layihə üçün indiyə qədər ən az 270 milyon dolların toplandığı bildirilib.

Qeyd edək ki, C.Bezos qocalma əleyhinə işləyən “Unity Biotechnology”yə də sərmayə qoyub.

Gununsesi.info