Ədliyyə naziri ilə baş prokuror Gülənin ekstradisiyasını müzakirə edəcək - ABŞ-da

  • By admin
  • 11 Oktyabr 2016 23:35

160716093331-fethullah-gulen-turkish-coup-attempt-erdogan-00000000-large-169

Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ 26-27 oktyabr tarixlərində ABŞ-a planlaşdırılan səfəri zamanı bu ölkənin baş prokuroru Loretta Liçlə görüşmək niyyətində olduğunu bildirib.

Gununsesi.info  Türkiyə mətbuatına istinadən xəbər verir ki, nazirin bildirdiyinə görə, görüş zamanı Fətullah Gülənin Türkiyəyə ekstradisiyası məsələsi müzakirə olunacaq.

“Mən oktyabrın 25-də ABŞ-a yola düşəcəm. ABŞ-ın baş prokuroru ilə görüş  oktyabrın 26-27-nə planlaşdırılıb. FETÖ-nün təsisçisi və rəhbərinə qarşı ABŞ-a təqdim edilən hüquqi sənədlərin və çevriliş cəhdi ilə əlaqədar onun həbsinə dair bizim sorğumuzun müzakirəsi səfərin əsas məqsədidir”- deyə, B. Bozdağ jurnalistlərə bildirib.

Gununsesi.info