Ədliyyə nazirinin müavinlərinin sayı 5-ə çatdırıldı

  • By admin
  • 05 İyun 2017 18:50

edliyye nazirliyi

Ədliyyə nazirinin müavinlərinin sayı artırılıb.

Guinunsesi.info-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev müvafiq fərman imzalayıb.

“Ədliyyə orqanlarının inkişafı haqqında” 2006-cı il 17 avqust tarixli 446 nömrəli fərmanına edilən dəyişikliyə əsasən, Ədliyyə Nazirliyinin Strukturunun 1-ci hissəsinə “Nazir müavini” beşinci bənd əlavə edilib.

Qeyd edək ki, Azərbaycan prezidentinin bu gün imzaladığı sərəncamla Məhərrəm Əliyev ədliyyə nazirinin müavini təyin olunub.

Gununsesi.info