Ədliyyə Nazirliyi Baydenin ofisindən tapılan sənədləri araşdırır

  • By admin
  • 10 Yanvar 2023 17:30

Ağ Ev ABŞ prezidenti Co Baydenə aid bir ofisdə tapılan bəzi sənədlərin Ədliyyə Nazirliyi tərəfindən araşdırıldığını açıqlayıb.

Bu barədə Gununsesi.info ABŞ mediasına istinadən bildirir.

Xəbərə görə, məzmununun məxfiləşdirilməsi ehtimalı olan sənədlər noyabrda tapılıb.

Baydenin öz hüquq qrupu tərəfindən tapılan sənədlər Milli Arxivə təhvil verilib.

Bu sənədlər Baydenin Obama administrasiyasında digər köməkçisi olduğu vaxta aiddir.

Bu tapıntı ilə bağlı ABŞ-ın baş prokuroru Merrik Qarlanddan da sənədləri araşdırmaq istənilib.

ABŞ-da belə rəsmi sənədlər və elektron poçt yazışmaları qanunla Milli Arxivə göndərilməlidir.

ABŞ-ın keçmiş prezidenti Donald Trampın Floridadakı şəxsi iqamətgahına məxfi sənədləri apardığı iddiası ilə bağlı istintaq davam edir.

Donald Tramp FTB-nin avqust ayında onun evinə basqın etdiyini açıqlamışdı.

Tramp tvitində “FTB Co Baydenin evlərinə nə vaxt basqın edəcək? Bəlkə Ağ Evə basqın edəcəklər”.

CBS bildirir ki, Bayden sənədlərində FTB də iştirak edir.

CBS telekanalının məlumatına görə, sözügedən sənədlərdə nüvə sirləri yoxdur.

Respublikaçılardan reaksiya: İkili standartlar
Baydenin xüsusi müşaviri Riçard Sauber bildirib ki, sənədlər ofisin boşaldılması zamanı tapılıb.

Sauber qeyd edib ki, sənədlərə diqqət yetirildikdən sonra onların aidiyyəti qurumlara təhvil verilməsi prosesinə başlanılıb.

 

Tərcümə:

Afət Abbasova