Ədliyyə Nazirliyi Qubad İbadoğlunun partiyasını qeydiyyata almadı

  • By admin
  • 28 Fevral 2022 22:03

Azərbaycan Ədliyyə nazirliyi  Azərbaycan Demokrat və Rifah (ADR) Partiyasının dövlət qeydoyyatına alınmasından imtina edib. Bu barədə partiyanın yaydığı bılumatda deyilir.

Nazirlik  partiyanın qeydə alınmasını təqdim edilmiş sənədlərdə təsisçilərin hamısının və ya səlahiyyətli nümayəndələrinin imzası olmaması, Nizamnamədə partiyanın rəhbər orqanlarının səlahiyyət müddətləri nəzərdə tutulmamasını göstərir.

Partiyanın məlumatında isə nazirliyin bu iddiasının əsassız olduğu, bütün məlumatların qeydiyyat  üçün verilmiş sənədlərdə əksini tapdığı bildirilir.

Partiya bildirir ki, bu əsassız iradlarla nazirlik sadəcə partiyanı qeydə almamaq üçün “əsas göztərmək istəyir.

Məlumata görə ki, bununla nazirlik pariyaya qanuni fəaliyyət üçün şərait yaratnaq  istəmədiyini nümayiş etdirir.

Xatırladaq ki, ADR Pariyası 2021-ci ilin oktyabrında təsis qurultayı keçirib. 2021-ci il noyabrın 11-də ını qeydiyyat sənədlərini Ədliyyə Nazirliyinə təqdim edib. Bundan 3 ay keçməsinə baxmayaraq  baxmayaraq partiya  həklə də dövlət qeydiyyatın aalınmayıb.

 

Gununsesi.info