Əflatun Amaşovdan Şəbnəm Tovuzlu açıqlaması: - MƏŞHURLAŞMAQ ÜÇÜN ŞƏKİLLƏRİNİN YAYILMASINI MƏTBUATDAN XAHİŞ EDİRLƏR

  • By admin
  • 01 May 2017 17:18
1435306349_eflatun-anmashov
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bir neçə gün öncə mətbuatda pornoqrafik videosu yayılan gənclər, eləcə də Şəbnəm Tovuzlunun açıq-saçıq şəkilləri yayılmasına münasibət bildirib.
Gununsesi.info xəbər verir ki, Ə.Amaşov Sonxeber.az-a açıqlamasında kütləvi informasiya vasitələrində açıq etik qaydalardan uzaq, pornoqrafik şəkil və videolar olan xəbərlərin yayımlanmasının düzgün olmadığını deyib:
“Hər bir kütləvi İnformasiya rəhbəri hər şeydən əvvəl oxucusunu düşünməlidir. Bu şəkillər oxucuya necə zərbə vura bilər? Onun üzərində dayanmalıdırlar.
sebnem1
Həmçinin, müğənnilərin müəyyən formada şəkillərinin verilməsini dəstəkləmirəm. O cür fotoların tirajlanması düzgün deyil. Bəzən onlar özləri məşhurlaşmaq məqsədilə o cür şəkillərinin yayımlanması üçün mətbuatdan xahiş edirlər. Bu düzgün yanaşma deyil”.
Ə. Amaşov əlavə edib ki, redaktor oxucusuna hörmət etməli pornoqrafik, erotik şəkillərin təqdim olunmasının qarşısını almalıdır. Gözəllik naminə hər şeyin mətbuatda yayımlanması qeyri-etikdir.
Xatırladaq ki, bir neçə gün öncə Bakıda polis olduğu iddia edilən naməlum şəxslər gənclərin intim münasibət üçün kirayələdikləri evə basqın ediblər. Çəkilişi görən iki oğlan, eləcə də onlarla olan qızlar bir anlıq özlərini itiriblər, hətta bu işdə bir-birlərini günahlandırıblar. Həmçinin, bu gün medifax sayti azərbayacanlı ifaçı Şəbnəm Tovuzlunun qeyri-rəsmi nigahda yaşadığı əri ilə +18 fotolarını yayıb. Foto sosial şəbnəlkələrdə böyük rezonans doğurub.
Gununsesi.info