Əfqanıstan hökuməti ilə “Taliban” arasında tarixi danışıqlar başladı

  • By admin
  • 12 Sentyabr 2020 15:48

Qətərin paytaxtı Dohada Əfqanıstan hökuməti ilə “Taliban” arasında tarixi sülh danışıqları başlayıb.

Gununsesi.info-nun məlumatına görə, danışıqlarda ABŞ dövlət katibi Maykl Pompeo da iştirak edir.

Əfqanıstan nümayəndə heyətinə ölkənin Milli Koalisiyasının rəhbəri, sabiq vitse-prezident Abdulla Abdulla rəhbərlik edir.

Qeyd edək ki, tərəflər arasında sülh danışıqları barədə razılıq bu ilin fevralında əldə olunmuşdu. Lakin bu müddət ərzində 5 minədək “Taliban” mənsubunun həbsdən azad edilməsi ilə bağlı fikir ayrılıqları mövcud olduğu üçün danışıqlar ləngiyirdi.

Gununsesi.info