Əfqanıstan Prezidentinin müşaviri Azərbaycana gələcək

  • By admin
  • 19 Dekabr 2020 18:28

Əfqanıstan İslam Respublikası Prezidentinin Milli Təhlükəsizlik Məsələləri üzrə müşaviri Hamdullah Mohib və Prezident Administrasiyasının Rəhbəri Mohammad Şakir Kargarın rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 20-22-də Bakıda səfərdə olacaq.

Əfqanıstanın Azərbaycandakı səfirliyindən Gununsesi.org-a verilən məlumata görə, səfərdə məqsəd Əfqanıstanla Azərbaycan arasında siyasi və iqtisadi münasibətlərin hazırki səviyyəsi barədə müzakirələr aparmaq, parlamentlərası münasibətlər və təhükəsizlik sahələrində əməkdaşlığın perspektivlərini müzakirə etməkdir.

Nümayəndə heyətinin yüksək səviyyəli görüşləri planlaşdırılır.

Gununsesi.org