Əfqanıstan türklərinin lideri dünyasını dəyişdi

  • By admin
  • 30 Sentyabr 2019 19:12

Əfqanıstan türklərinin lideri və sabiq millət vəkili Əbdülkərim Mahdum 77 yaşında vəfat edib.

Gununsesi.org xəbər verir ki, bu barədə Əbdülkərim Mahdumun oğlu Məhəmməd Sadiq məlumat yayıb.

Qeyd edək ki, Mahdum uzun müddət Türkiyədə müalicə olunub. Bir müddət öncə vətənə dönən Əbdülkərim Mahdum məmləkəti Cuzcan vilayətinin Qızılayaq kəndində dünyasını dəyişib. Mahdumun cənazəsi kənddəki ailə məzarlığında dəfn ediləcək.

Əbdülkərim Mahdum kmdir?

1942-ciildə Əfqanıstanın Cüzcan vilayətinin Qızılayaq kəndində dünyaya gələn ƏbdülkərimMahdu 26 yaşında millət vəkili olub.

İki müddət parlamentdə millət vəkili olan Mahdum Əfqanıstandakı məktəblərdə türk dilində təhsl verlməsini və Əfqanıstan Milli Radiosunda türkmən və özbək dilində iki saat verilişlər verilməsinə nail olub.

Ölkədə müxtəlif Türk boylarının birlikdə yer aldığı “Erkin Türkistan” adlı bir türk partiyasının qurulmasına liderlik edən Mahdum 1978-ci ildə Türkiyəyə köçüb.

Mahdum 1982-ci ildə 4 500 türk əsilli əfqanıstanlı qaçqıın Türkiyəyə gəlməsinə nail olub.

 

 

Gununsesi.org