Əfqanıstanda dəhşətli zəlzələ nəticəsində yüzlərlə insan həyatını itirdi

  • By admin
  • 22 İyun 2022 11:09

Əfqanıstanın şərqində, Xost və Paktika əyalətlərində baş verən zəlzələ 255 insanın həyatına son qoyub, ən azı 150 nəfər yaralanıb. 

Gununsesi.info xəbər verir ki, bu barədə Əfqanıstan hökumətindəki mənbələrə istinadən Əl-Cəzirə telekanalı məlumat yayıb.

“Paktika əyalətinin Barmala, Ziruk, Naka və Qayyan rayonlarında baş verən zəlzələ nəticəsində azı 255 nəfər ölüb, daha 155 nəfər yaralanıb. Yüzlərlə zərərçəkənə lazımi tibbi yardım göstərilir, dəymiş ziyan hesablanır”, – yerli media xəbər verir.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi Əfqanıstanda baş verən zəlzələnin 500 kilometrdən çox uzaqlıqdakı Pakistan və Hindistanda da hiss edildiyini bildirib.

Gununsesi.info