Əfqanıstanda helikopter qəzası: Doqquz xüsusi təyinatlı həlak oldu

  • By admin
  • 18 Mart 2021 09:54

Əfqanıstanda göyərtəsində xüsusi təyinatlı hərbçilərin olduğu helikopter qəzaya uğrayıb.

“RİA Novosti” agentliyi xəbər verir ki, qəza nəticəsində doqquz hərbçi həlak olub.

Qəzanın səbəblərini araşdırmaq məqsədi ilə hadisə yerinə xüsusi xidmət orqanlarının əməkdaşları cəlb olunub.

Gununsesi.info