Əfqanıstanda oteldə partlayış törədilib: ölənlər və yaralananlar var

  • By admin
  • 22 Oktyabr 2017 10:07

4aea47df-d998-4ae0-ba37-16804ca8dece
Əfqanıstanın şimalında oteldə partlayış törədilib.
“Report”un məlumatına görə, “1TV News” telekanalı polis nümayəndəsinə istinadən xəbər verib.
Xəbərdə bildirilir ki, hadisə Tahar vilayətində, İşkamiş ərazisində baş verib. Partlayış zamanı azı 2 nəfər ölüb, daha 8 nəfər xəsarət alıb.

 

Gununsesi.info