Əfqanıstanda partlayış - ÖLƏN VƏ YARALANANLAR VAR

  • By admin
  • 23 Noyabr 2017 20:00

Əfqanıstanın şərqində Cəlilabad şəhərində partlayış törədilib.

Gununsesi.info xəbər verir ki, partlayış nəticəsində azı 6 nəfərin öldüyü bildirilir.

Vilayət qubernatoru Nanqarxar Ataulla Xoqiyani partlayış faktını təsdiq edib.

Qubernator insident nəticəsində daha 8 nəfərin müxtəlif xəsarətlər aldığını deyib. Onun sözlərinə görə, partlayış keçmiş polis komandirinin evinin yaxınlığında baş verib.

Hadisə şahidlərinin sözlərinə görə, partlayıcı qurğunu intiharçı-terroçu işə salıb.

Partlayışla bağlı məsuliyyəti hələ heç kim üzərinə götürməyib.

Gununsesi.info