Əfqanıstanda “Taliban” mülki şəxsləri girov götürüb

  • By admin
  • 08 Sentyabr 2020 21:37

Əfqanıstanda “Taliban” yaraqlıları mülki şəxsləri girov götürüb.

Gununsesi.info-nun “Tolo News”a istinadən verdiyi xəbərə görə, bu barədə Əfqanıstanın Pəncşir vilayət şurasının rəhbəri məlumat verib.

Vilayətin Əbşar rayonun rəhbərliyi isə bildirib ki, “Taliban” yaraqlıları Şəhr-e-Gülgülə ərazisində 10 mülki şəxsi girov götürüb və onları ərazidəki məsciddə saxlayır.

Əraziyə təhlükəsizlik qüvvələrinin gəldiyi və məscidin mühasirəyə alındığı bildirilib.

 

 

Gununsesi.info