Əfqanıstanın hərbi təyyarəsi vuruldu

  • By admin
  • 16 Avqust 2021 17:39

Özbəkistan Hava Hücumundan Müdafiə Qüvvələri Əfqanıstana məxsus təyyarəni vurub.

Gununsesi.info xəbər verir ki, bu barədə Özbəkistan Müdafiə Nazirliyi məlumat yayıb.

Surxandərya vilayətinin Şerabad rayonu ərazisində Əfqanıstana məxsus hərbi təyyarənin Özbəkistanın hava sərhədlərini pozduğu, bu zaman Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən vurulduğu qeyd olunub.

Məlumata görə, pilotların hər ikisi sağdır. Onlar xəstəxanaya yerləşdirilib, vəziyyətləri ağırdır.