Əfqanıstanın iki ölkə ilə sərhədi “Taliban”ın nəzarətinə keçdi

  • By admin
  • 11 Avqust 2021 10:24

“Taliban” Əfqanıstanın Özbəkistan və Tacikistanla sərhədini nəzarətə götürüb”.

Gununsesi.info xəbər verir ki, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu Moskvada keçirilən “Anlamlar Bölgəsi” formunda deyib.

Nazir bildirib ki, Əfqanıstanın Özbəkistan və Tacikistanla sərhədi nəzarətə götürməsi təhlükədən xəbər verir:

“ “Taliban” Kunduz vilayətini ələ keçirib. Kunduz çox böyük və ciddi bir mərkəz idi. Əfqanıstandan Tacikistan, Qırğızıstan və Özbəkistan üzərindən Rusiyaya narkotik qaçaqmalçılığı və terrorçuluq kimi təhdidlər var. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələri hər şeyə hazır olmalıdır. “Taliban” liderləri sərhədi keçmək və bölgələrə hücum etmək üçün heç bir dağıdıcı cəhd etməyəcəklərini söyləsələr də, Tacikistan və Özbəkistan hərbi qüvvələrinin mümkün təxribatlara hazır olması bizim üçün son dərəcə vacibdir”.

Rusiya, Tacikistan və Özbəkistan əsgərlərinin Əfqanıstan sərhədi yaxınlığında birgə təlimlər keçirdiklərini qeyd edən Şoyqu bu cür təlimləri davamlı olaraq keçirəcəklərini qeyd edib. Şoyqu Rusiyanın Tacikistan və Qırğızıstanda bazalarının olduğunu da xatırladıb.

Gununsesi.info