Əfqanıstanın keçmiş vitse-prezidentinin qardaşı “Taliban” tərəfindən öldürülüb – FOTO

  • By admin
  • 10 Sentyabr 2021 19:38

Əfqanıstanın keçmiş vitse-prezidenti Əmrulla Salehin qardaşı Ruhullah Saleh “Taliban” tərəfindən öldürülüb.

Verilən ilkin məlumata əsasən, Ruhullah Saleh mülki geyimdə Pəncşirdən çıxmaq istəyərkən blok-postlardan birində saxlanılıb.

“Taliban” döyüşçülərindən biri onun tanıyıb və Əfqanıstanın keçmiş vitse-prezidentinin qardaşı yerindəcə güllələnib.

Qeyd edək ki, Əmrulla Salehin Pənçirin “Taliban” tərəfindən nəzarətə götürülməsindən sonra Tacikistana qaçdığı deyilir.

Mənbə: “Sputnik” Əfqanıstan