Əfsanəvi kəşfiyyatçının qalıqları Rusiyada dəfn oluna bilər

  • By admin
  • 26 Yanvar 2022 16:44

Moskva Yaponiyadan sovet kəşfiyyatçısı Rixard Zorgenin qalıqlarının Rusiyada dəfn olunması məsələsinin həllini gözləyir.

Gununsesi.info-nun məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dövlət Dumasında çıxışı zamanı deyib.

O bildirib ki, Rusiya tərəfi bu məsələnin müsbət həll olunacağını gözləyir.

Qeyd edək ki, 1895-ci ildə Bakıda anadan olmuş Rixard Zorge 1933-cü ildə sovet hərbi kəşfiyyatının tapşırığı ilə Yaponiyada məlumat toplama fəaliyyəti ilə məşğul olub.

O, Almaniyanın SSRİ-yə hücum edəcəyi xəbərini ilk öyrənən şəxslərdən olub.

1941-ci ilin oktyabrında Yaponiya əks-kəşfiyyatı tərəfindən saxlanan R.Zorge 1944-cü ilin noyabrında edam edilib.

 

 

Gununsesi.info