Əfv Komissiyasının növbəti iclası bu tarixdə olacaq

  • By admin
  • 23 Yanvar 2023 13:31

Sabah Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək.

Gununsesi.info xəbər verir ki, bu barədə Komissiyadan bildirilib. İclasda əfvlə bağlı müraciətlərə baxılacağı vurğulanıb.

Qeyd edək ki, indiyədək cari ildə Əfv Komissiyasının iki iclası baş tutub, ümumilikdə 200-dən çox müraciətə baxılıb.

Onu da bildirək ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ərəfəsində, may ayında Prezident İlham Əliyevin əfv sərəncamı imzalayacağı gözlənilir.

Gununsesi.info