Əgər Saakaşvili xəstəxanaya köçürülərsə… – BƏYANAT

  • By admin
  • 11 Noyabr 2021 00:07

Əgər Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili mülki xəstəxanaya köçürülərsə, xəstəxana yaxınlığında aksiya keçirilməyəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə Vahid Milli Hərəkat Partiyasının bəyanatında bildirilib.

“Vahid Milli Hərəkat və onun rəhbərliyi aksiyaların eks-prezident Saakaşvilinin köçürüləcəyi klinikanın yaxınlığında və ya yaxın ərazidə keçirilməyəcəyinə görə bütün məsuliyyəti öz üzərinə götürür”, – bəyanatda qeyd olunub.

Bildirilib ki, dinc aksiyalar başqa ərazilərdə davam etdiriləcək, lakin hazırki vəziyyətdə təhlükə altında olan Saakaşvilinin həyatını xilas etmək və onun ləyaqətini qorumaqdır.

Qeyd edək ki, noyabrın 8-dən Mixail Saakaşvilinin tərəfdarları Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti, Ədliyyə Nazirliyi və Səhiyyə Nazirliyinin binası qarşısında etiraz aksiyaları keçirirlər. Etirazçılar Mixail Saakaşvilinin azadlığa buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edirlər.

Gununsesi.info