Əhəd Abıyev Binəqədiyə icra başçısı təyin olunması barədə xəbərdən danışdı - EKSKLÜZİV

  • By admin
  • 21 May 2018 14:39
“Mənim Bakının Binəqədi rayonuna icra başçısı təyin olunmağımla bağlı mətbuatda gedən məlumatlar həqiqəti əks etdirmir”. 
Bu fikirləri Gununsesi.info-ya eksklüziv açıqlamasında Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev deyib.
Ə.Abıyev bildirib ki, mən hazırda işdəyəm və Bakının Binəqədi rayonuna icra başçısı təyin olunmağımla bağlı yayılan xəbərlər doğru deyil.
Qeyd edək ki, ötən həftə ölkə prezidentinin sərəncamı ilə Binəqədi rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunan Xaləddin İsgəndərovun yerinə  Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin təyin olunması ilə bağlı bəzi saytlarda məlumatlar yayılıb.
Gununsesi.info