Əhəd Abıyev Elmar Vəliyevə şəfa dilədi - VİDEO

  • By admin
  • 13 İyul 2018 00:30

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan konfransda “Gəncə  hadisələri”ndən danışıb.

Gununsesi.info-nun xəbərinə görə, icra başçısı Elmar Vəliyevə və polis əməkdaşlarına qarşı törədilən cinayətləri pisləyib.

O, çıxışında Elmar Vəliyevə şəfa diləyərək, onun teziklə işinin başına dönməsini arzu edib.

Qeyd edək ki, zaman-zaman mediada hər iki icra başçısı arasında narazılıq olmasına dair xəbərlər yazılıb.

Əhəd Abıyevin çıxışını təqdim edirik:

Gununsesi.info

 

Gununsesi.info