Əhalinin banklarda 10 milyard manatdan çox əmanəti var - Rəsmi

  • By admin
  • 22 Aprel 2022 13:18

2022-ci ilin yanvar-mart aylarında Azərbaycan əhalisinin banklardakı əmanətlərinin ümumi həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 27,3 faiz artaraq 10,372 milyard manat təşkil edib.

Gununsesi.info bu barədə Mərkəzi Bankın hesabatına istinadən məlumat verir.

Ölkə üzrə bank əmanətlərinin 90,35 faizi (9,371 milyard manat) Bakı şəhərinin, təxminən 10 faizi (990,9 milyon) regionların payına düşüb.

Martın 31-ə olan vəziyyətə görə, əmanət orta illik dərəcəsi 3,15 faiz, Bakı şəhərində 2,97 faiz təşkil edib.

Gununsesi.info