Əhalinin pensiyası bu yolla kəsilir

  • By admin
  • 16 Sentyabr 2021 14:06

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov son dövrlər ölkədə kütləvi şəkildə pensiyaların dayandırılmasından danışıb.

Gununsesi.info-nun xəbərinə görə, Anar Bayramov bunu qanuni hesab etdiklərini iddia edib:
“Bu il saxta əlillik alan 266 nəfərlə bağlı Baş prokurorluğa məlumat göndərilib. Saxta əlilliyin müəyyən edilməsi üçün sənədlər Təhsil Nazirliyinin, Dövlət Yol Polisi, Səhiyyə Nazirliyi və digər qurumların sistemləri vasitəsilə yoxlanılır. Məsələn, Forma-88-də gözdən əlilliyi olan şəxs araşdırılarkən məlum olub ki, iki ay əvvəl sürücülük vəsiqəsi alıb. Bu cür şəxslərin əlilliyi dayandırılır. 2006-cı ildə əlilliyi təsdiqlənən 193 min nəfərin 5 illik əlillik müddəti bitib. Bu vaxta qədər onlardan cəmi 30 faizi yenidən müraciət edib. Son 3 ildə 17 minə yaxın saxta əlillik müəyyən edilib və qarşısı alınıb. Nöqsanlar aşkarlanan xəstəxanalarla bağlı tədbirlər görülüb. Vətəndaşlara müraciət edərək bildiririk ki, dəllallara inanmasınlar və onlar barədə hüquq-mühafizə orqanlarına məlumat versinlər”.

Günay
Gununsesi.info