Əhaliyə ŞAD XƏBƏR: İpoteka kreditlərinin verilməsi şərtləri sadələşdiriləcək

  • By admin
  • 25 Mart 2020 16:15

İpoteka kreditlərinin verilməsi şərtləri sadələşdiriləcək.

Gununsesi.org-un məlumatına görə, bu, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2020-2022-ci illər üçün bağlanmış Baş Kollektiv Sazişində əksini tapıb.

Sazişə əsasən, tərəflər İpoteka və Kredit Zəmanət Fondunun vəsaitləri hesabına ipoteka kreditlərinin verilməsi şərtlərinin sadələşdirilməsi ilə bağlı müvafiq tədbirlər görmək öhdəliyi götürüblər.

Gununsesi.org