Əhliman Əmiraslanov Parlamentdə vətəndaşları qəbul etdi

  • By admin
  • 24 Sentyabr 2019 16:42

Bu gün Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik  Əhliman  Əmiraslanov  Parlamentdə vətəndaşları növbəti dəfə qəbul edib.

Gununsesi.org xəbər verir ki, qəbulda şəkərli diabet, sonsuzluq, inkişaf anomaliyaları və digər xəstəliklərin müalicəsi ilə bağlı müraciətlər olub. Səhhətindəki müxtəlif problemlərin həlli ilə bağlı

Səhiyyə komitəsinə müraciət edən  insanlarla yanaşı, Əhliman Əmiraslanovun deputat seçildiyi 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən olan seçicilər də qəbulda iştirak etmişdir. Seçicilər isə, əsasən sosial problemlər,  işlə təmin olunma ilə bağlı müraciətlərini deputata çatdırıblar. Əhliman Əmiraslanov bütün müraciətləri ayrı-ayrılıqda dinləyərək qeyd edilən problemlərin həlli istiqamətində müvafiq addımlar atılacağını bildirdi. Bununla yanaşı  bəzi problemlərin aradan qaldırılması məqsədilə vətəndaşlardan  sənədlər qəbul edilərək müvafiq orqanlara müraciətlərin hazırlanması  üçün göstərişlər verildi.

Gununsesi.org