Əhməd Cavad “Bir millət, iki dövlət” anlayışının təməl daşlarından biri idi - MİLLİ İSTİQLAL ŞAİRİMİZ TÜRKİYƏDƏ ANILDI

  • By admin
  • 21 Oktyabr 2021 23:34

Türkiyənin nüfuzlu Qazi Universitetində Türk Öyrənmə, Araşdırma və Tətbiq Mərkəzinin (TÖMER) koordinasiyasında “Köklerimizin Ardınca” adlı konfransın 10 -cu paneli Azərbaycanın milli istiqlal şairi Əhməd Cavada həsr olunub.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə Türkiyənin məşhur siyasi xadimlərindən biri oln professor Ruhi Ərsoy sosial şəbəkə hesabında yazıb.

Konfransa məruzəçi qismində qatıldığını vurğulayan Ruhi Ərsoy daha sonra qeyd edib:

“Azərbaycan adına mübarizəsi, işləri ilə “Bir millət, iki dövlət” anlayışının təməl daşlarından biri olan Əhməd Cavada bir daha Allahdan rəhmət diləyir və Qara dənizin mənəvi şəxsiyyəti qarşısında hörmətlə baş əyirik.

Bu mənalı təşkilata və əməyi olan hər kəsə, rektorumuz cənab. prof. Dr. Musa Yıldız və TÖMER Direktoru Prof. Dr. Nezir Temura təşəkkür edirik. Kecmişimizi, Köklərimizi izləmək, izlərilə getmək və gələcək nəsillərə ötürmək istəyənlər hər zaman olsun”.

Gununsesi.info