Əhməd Cavadın nəvəsi qızıl medala layiq görüldü

  • By admin
  • 10 İyun 2022 14:00

Türk dünyasının böyük şairi, himnimizin sözlərinin müəllifi Əhməd Cavadın nəvəsi Vüsalə Axundzadə babasının adını daşıyan qızıl medala layiq görülüb.

Bu barədə Publika.az-a Əhməd Cavadın nəvəsi Anar Axundzadə deyib.

Anar Axundzadə bildirib ki, özü və ailəsi Vüsalə Axundzadənin babasının adını daşıyan medala layiq görülməsindən qürur duyur:

“Əhməd Cavad Qızıl Medalına dərin sayğıya və iftixara haqlı olan bacımın layiq görülməsindən qürur duyuram. Çünki o, Əhməd Cavadın mənəvi mirasını uzun illərdir həm təbliğ, həm də həşəmətli şəkildə tərənnüm etdirir. Axundzadə soyadının daşıyıcısı ailəmizin sevimlisi, bacım Vüsalə xanımın bu medala layiq görülməsindən ziyadəsiylə bəxtiyar olduq. Sevincli və qürurluyam!”.

Gununsesi.info