Əhməd Cavadın Turan marşı Türkiyədə səhnələşdirildi

  • By admin
  • 15 İyun 2022 09:34

Azərbaycanın milli -istiqlal şairi Əhməd Cavadın Azərbaycan Türkiyə ordusu üçün yazdığı daha bir şeir Türkiyədə səhnələşdirilib.

Gununsesi.info-nun xəbərinə görə,  tanınmış bəstəkar Cavanşir Quliyevin Turan marşı üçün bəstəsini ünlü sənətçimiz  Azər Zeynalov Prezidentin Simfonik Orkestrinin müşaiyyəti ilə ifa edib.

Onu da bildirək ki, Ankarada 3000 minə yaxın tamaşaçının qarşısında ifa edilən bu mahnı TRT-Avaz kanalında da yayımlanıb.

Onu da xatırladaq ki, Əhməd Cavadın “Marş” əsəri ilk dəfə Tiflisdə nəşr olunan Azərbaycan Gənclər Cəmiyyətinin “Gənclər yurdu” qəzetinində onun öz qeydi ilə dərc olunub.

Əhməd Cavad 1918-ci il 29 iyul tarixində çap olunan qəzetin 2-ci sayında yazır:

“Bu marş Qafqaz İslam Ordusu komandanı Nuru Paşa həzrətlərinin arzusuna müvafiq 12 haziran 1918-də, Gəncədə Azərbaycan Türk Ordusu üçün söylədim. Fəqət, hələlik bəstələnmədiyinə görə, nasıl çaxmağı bəlli deyil”.

Cavanşir Quliyev”Turan Marşı” notlarını Nicat Quliyevə hədiyyə edir (ANKARA , 07.06.2022)

Nicat Quliyevin bu ilin 20 yanvar tarixində şeiri Cavanşir Quliyevlə göndərməsiylə başlatdığı sürəc 6 iyun tarixində Ankaranın ən görkəmli konsert salonunda möhtəşəm şəkildə təqdim olundu.

Beləliklə, 104 il sonra Nicat Quliyevin təşəbbüsü, dəstəyi və təşkilatçılığı ilə həm Nuru paşanın Əhməd Cavada ifadə etdiyi arzusu yerinə gəlmiş oldu, həm də Əhməd Cavadın şeirin bəstələnməməsiylə bağlı əndişəsi aradan qalxmış oldu.

Bəstənin necə gözəl alındığını da tamaşaçıların qurultulu alqışları ifadə edir.