Əhməd Davudoğlu koronavirusa yoluxdu

  • By admin
  • 27 Noyabr 2020 20:44

Türkiyədə yeni yaradılmış Gələcək Partiyasının sədri Əhməd Davudoğlunun koronavirus testi pozitiv çıxıb.

Gununsesi.info xəbər verir ki, o bu barədə “Twitter” hesabında məlumat verib.

 

“Bu gün COVID-19 testimin nəticəsi pozitiv çıxdı. Ümumilikdə vəziyyətim normaldır. Karantin müddəti ərzində partiya ilə bağlı fəaliyyətim evdən davam edəcək” – Davudoğlu qeyd edib.

Qeyd edək ki, A.Davudoğlu Türkiyənin xarici işlər naziri və baş naziri vəzifələrini tutub. O həmçinin 3 dəfə Ədalət və İnkişaf Partiyasından deputat seçilib.

Gununsesi.info