Əhmədinejatın müavini sui-qəsd nəticəsində qətlə yetirildi

  • By admin
  • 31 May 2021 16:27

İranın keçmiş prezidenti Mahmud Əhmədinejatın İmamzadə Saleh ziyarətgahında abadlıq işləri üzrə müavini Səid Tahiri mayın 30-da naməlum şəxsin silahlı hücumu nəticəsində qətlə yetirilib.

Gununsesi.info xəbər verir ki, naməlum şəxs dünən səhər saatlarında tapança ilə üç dəfə Səid Tahiriyə atəş açıb.

Məlum olub ki, o, cinayəti törətdikdən az sonra Cəmşidiyyə parkında əynindəki paltarları tələsik dəyişərək hadisə yerindən qaçıb.

Qarnından və bədəninin digər nahiyələrindən üç güllə yarası alan Səid Tahiri aparıldığı xəstəxanada ölüb.

Cinayəti törədənin kimliyi müəyyənləşdirilməyib. Hadisənin S.Tahirinin siyasi fəaliyyəti ilə bağlı olması istisna edilmir.

Faktla bağlı araşdırma aparılır.