Ələt-Astara avtomobil yolunda qəza olub, xəsarət alanlar var

  • By admin
  • 30 Mart 2023 21:04

Ələt-Astara avtomobil yolunda qəza olub, xəsarət alanlar var.

Gununsesi.info xəbər verir ki, hadisə yolun Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, “Nissan” markalı minik avtomobilinin maneəyə çırpılması nəticəsində iki nəfər xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya aparılıblar.