Ələtdə üzərində zorakılıq əlamətləri olan kişi meyiti aşkarlanıb

  • By admin
  • 25 Mart 2023 21:24

Martın 25-də saat 20 radələrində Qaradağ rayonu Ələt qəsəbəsində evlərin birində 1974-cü il təvəllüdlü Dəyanət Tapdıq oğlu Cəfərovun üzərində zorakılıq əlamətləri olan meyitinin aşkarlaması barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin saxlanılması istiqamətində tədbirlər görülür.

Əlavə məlumat veriləcək.

Gununsesi.info