Əlcəzairdə 49 nəfərə edam cəzası verildi

  • By admin
  • 24 Noyabr 2022 19:13

Əlcəzair məhkəməsi meşə yanğınları törətməkdə günahlandırılan şəxsin öldürülməsində iştirak edən 49 nəfəri ölüm cəzasına məhkum edib.

Gununsesi.info xəbər verir ki, bu barədə “AlArabia” nəşri məlumat yayıb.

Hadisə ötən ilin avqustunda baş verib. Əlcəzairdə baş verən meşə yanğınları ölkə daxilində 90 nəfərin həyatına son qoyub.

38 yaşlı Djamel Ben İsmayıl adlı şəxs meşə yanğınları törətməkdə şübhəli bilinib. İnsanlar şübhəli şəxsin yerini müəyyən edərək ona hücum edib, döyüb və öldürüb.

Sonradan məlum oldu ki, İsmayıl könüllü kimi yanğınların söndürülməsinə köməklik etmək üçün əraziyə gedib. Noyabrın 24-də Əlcəzairin paytaxtında məhkəmə şəxsin öldürülməsinə görə 49 nəfəri edam cəzasına məhkum edib.

Gununsesi.info