Əli Əhmədov partiyaları YAP-a dəvət etdi – Səbəb

  • By admin
  • 10 Sentyabr 2019 15:24

Sabah Bakıda hakim Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə siyasi partiyalar müzakirələr aparacaqlar.

Gununsesi.org xəbər verir ki, YAP digər partiyalara “Siyasi partiyalar siyasi proseslərə xarici müdaxilə cəhdlərinə qarşı” mövzusunda keçiriləcək dəyirmi masada iştirak üçün dəvət göndərib.

Məlumata görə, dəvət Əli Əhmədovun adı ilə göndərilib.

Xatırladaq ki, YAP-ın digər partiyalarla müzakirə aparacağı haqda xəbəri dünən ilk olaraq BAXCP sədri Qüdrət Həsənquliyev açıqlamışdı.

 

Gununsesi.org