Əli Həsənov: “Məcburi köçkünlərin yaşadığı 115 bina qəzalı vəziyyətdədir”

  • By admin
  • 07 Dekabr 2016 17:36
kockun
“Bakı şəhərində qaçqın və məcburi köçkünlərin yaşadığı 115 bina qəzalı vəziyyətdədir. Fövqəladə hallar nazirliyi tərəfindən artıq 51 bina ilə bağlı rəy verilib. Bu binalarda hər an təhlükə baş verə bilər”.
Gununsesi.info xəbər verir ki, bunu baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov parlamentdə  çıxışı zamanı deyib.
Onun sözlərinə görə, qaçqın və məcburi köçkünlərin problemlərinin həll olunmasına indiyədək 6,1 mlrd. manat vəsait sərf olunub. “Bu, həm büdcə, həm Dövlət Neft Fondu və həm də beynəlxalq təşkilatlar tərəfindən ayrılan vəsaitlərdir. Bu vəsaitlər hesabına 95 müasir qəsəbə tikilib, 250 min qaçqın və məcburi köçkün yeni mənzillə təmin olunub”- deyə, baş nazirin müavini vurğulayıb,
Komitə sədri əlavə edib ki. bu gün  350 min qaçqın və məcburi köçkünün isə köçürülməsinə ehtiyac var: “Bəzən çıxışlarda qeyd olunur ki, onların problemi həll olunmur. Bakı şəhərində qaçqın və məcburi köçkünlərin yaşadığı 115 bina qəzalı vəziyyətdədir. Fövqəladə hallar nazirliyi tərəfindən artıq 51 bina ilə bağlı rəy verilib. Bu binalarda hər an təhlükə baş verə bilər”.
Mürtəza 
Gununsesi.info