Əli İnsanov ona qarşı çıxan partiyadaşlarını hədələdi - VİDEO

  • By admin
  • 05 Noyabr 2022 09:49

HƏP sədri Əli İnsanov lideri olduğu partiyanın İdarə Heyətinin iclasında bir sıra maraqlı bəyanatları ilə gündəmə gəlib.

Gununsesi.info-nun xəbərinə görə, Əli İnsanov prezident İlham Əliyevi dəstəklədiyini bəyan etdikdən sonra HƏP üzvlərinə xəbərdarlıq edib.

O, bildirib ki, partiyada bəzi adamlar onun qərarlarına qarşı çıxır.

Əli İnsanov bunun partiyadaxili demokratiya olmadığını bildirərək, həmin şəxslərin HƏP-dən qovulacağını bəyan edib.

Günay Təhməzova

Gununsesi.info