Əli İnsanovdan hakimiyyətə jest - DÖVLƏT QEYDİYYATINA ALINAN HƏP DİALOQA RAZILIQ VERDİ

  • By admin
  • 28 Oktyabr 2021 19:07
Əli İnsanov

Xəbər verdiyimiz kimi, keçmiş siyasi məhbus Əli İnsanovun qurucusu olduğu Haqq və Ədalət Partiyası dövlət qeydiyyatına alınıb.

Qeyd edək ki, hakimiyyətə qarşı sərt mövqeyi ilə seçilən Əli İnsanovun partiyasının qeydiyyata alınması gözlənilməz olduğu üçün çoxlu suallara səbəb olub.

Bu arada isə HƏP-in hakimiyyətlə dialoqa getməsi barədə söhbətlər yayılıb.

Gununsesi.info-nun xəbərinə görə, Əli İnsanov partiyanın Ali Məclis sədri Zəlimxan Məmmədliyə PA-nın şöbə müdiri Ədalət Vəliyevlə danışıq aparması üçün səlahiyyət verib.

Görünür, Əli İnsanov HƏP-i qeydiyyata alan hakimiyyətə bu qərarıyla jest edib.
Prosesin nəticəsi ilə bağlı proqnoz vermək çətindir.

Gununsesi.info