Əli Kərimli, Arif Hacılı Şuşada olubmu? -Zahid Oruc

  • By admin
  • 23 Noyabr 2022 14:55

“Bu tədbirdən sonra AXC və Müsavat partiyalarının rəhbərlərindən soruşmaq lazımdır ki, Şuşaya gediblərmi?”

Gununsesi.info xəbər verir ki, bu barədə Zahid Oruc jurnalistlər üçün keçirilən brifinqdə “qanun layihəsinin müzakirəsinə qatılmayan iki partiya- Müsavat və AXCP ilə də hansısa təmas, müzakirəni mümkün sayırsınızmı?” sualını cavablandırarkən bildirib.

“Xaricə getmək üçün pasportları olmasa da, daxildə hərəkət edə bilirlər. Daxildə hərəkət üçün pasport tələb olunmur, onlar Şuşaya gediblərmi? Məsələn, Əli Kərimli, Arif Hacılı Şuşada olubmu? Biz qanun layihəsinin müzakirəsi zamanı həmrəyliyi pozmamaq üçün qətiyyən demədik ki, bu torpaqlar 90-cı illərdə kimin ucbatından, günahından itirilibdir. Mən öz subyektiv fikrim olaraq bildirirəm ki, görüş üçün heç bir problem yoxdur”,- deyə o bildirib.

Gununsesi.info