Əli Kərimli ilə İlqar Məmmədov debata çıxır -XƏDİCƏ İSMAYILIN MODERATORLUĞU İLƏ

  • By admin
  • 12 Sentyabr 2019 10:49

Jurnalist Xədicə İsmayılın moderatorluğu ilə AXCP lideri Əli Kərimli ilə REAL sədri İlqar Məmmədovun debatı baş tutacaq.

Gununsesi.org-un xəbərinə görə, debatda müzakirə mövzusu parlament seçkilərində iştirak forması olacaq.

Qeyd edək ki, son zamanlar Milli Şuraya daxil olan siyasi qüvvələrlə İlqar Məmmədovun lideri olduğu REAL Partiyası arasında qarşıdakı seçkilərdə iştirakla bağlı ciddi müzakirələr gedir.

Milli Şura tərəfdarları seçki islahatları aparılmayacağı təqdirdə seçkidə iştirakın mənasız olduğunu iddia edib.

REAL tərəfdarları isə seçkilərə qatılmaqla mübarizənin vacibliyini iddia edib. Bu mövzu aylardır ki, sosial şəbəkələrin əsas mövzuzu olaraq qalmaqdadır.

Artıq hər iki şəxs Xədicə İsmayılın təklifinə müsbət cavab verib.

Gunay

Gununsesi.org