Əli Məsimli bahalaşmadan danışdı - BENZİNDƏN SONRA HƏR GÜN ƏRZAĞIN QİYMƏTİ ARTIR

  • By admin
  • 09 Mart 2021 13:29

Milli Məclisin bu gün keçirilən iclasında deputat Əli Məsimli ölkədə geniş vüsət alan bahalaşmadan danışıb.

Gununsesi.info millət vəkilin qeydlərini təqdim edir:

“Yanvarın 5-də benzinin qiyməti cəmi 10 qəpik artdı. Həmin gündən etibarən bazarda qiymətlər günü-gündən kiçik rəqəmlərlə hər gün qalxır. Növbəti dalğa kimi monopolistlər Novruz bayramını bəhanə edib qiyməti qaldırır. Dünyada bayramlar zamanı qiymətlər aşağı düşür. Onlar bu zaman uduzmurlar, əksinə dövriyyədən qazanırlar. Artıq Azərbaycanda monopoliyaya son qoyub həmin üsula keçmək lazımdır. Həmin işbazları Novruz bayramında qiymət qaldırmasının qarşısını almağa çağırıram. Məhsul nə qədər bol olarsa, qiymətlər də iqtisadi cəhətdən aşağı olar”.

 

Gununsesi.info