Əli Məsimli: “Banklar soyğunçuluqla məşğuldur…” -ETİRAZ

  • By admin
  • 31 May 2016 14:33

eli mesimli

“Bəzi bankların fəaliyyətini ancaq soyğunçuluq kimi qiymətləndirmək olar”. Gununsesi-info xəbər verir ki,  millət vəkili Əli Məsimli bu gün parlamentin plenar iclasında dövlət büdcəsinin icra vəziyyətinin müzakirəsində belə deyib. Millət vəkili hesab edir ki,  son zamanlar bəzi banklar vətəndaşların borclarını qaytarması üçün soyğunçuluq və qeyri-insanı davranışlara əl atırlar: “Bəzi banklar borcların qaytarılması üçün vətəndaşların daşınan və daşınmaz əmlaklarını, maaşlarını bütövlükdə ələ keçiriblər. Bununla yanaşı, ailə başçılarını itirən şəxslərə dövlət tərəfindən verilən müavinətləri də yüz faiz əllərindən almağa başlayıblar. Bu qanuna və insanlığa uyğun deyil. Məhkəmələrdə banklara kredit borcunun qayatrılması üçün əmək haqqının 50 faizdən artıq tutulmasına icazə verilmirdi. Bəzi banklar bu addımı atır və bu bankçılıq deyil, soyğunculuqdur”.

Əli Məsimli daha sonra çıxışında  bildirib ki, 2015-ci ilin büdcəsi bir sıra məqamlara görə qənaətbəxşdir: “2015-ci il ağır keçən illərdən biridir, amma büdcənin qorunub saxlanması asan iş deyil və bunu müsbət qiymətləndirmək lazımdır. 2015-ci il 21 fevral devalvasiyasından sonra yeni situasiyanın yaranması nəticəsində qum saatı işə düşüb. Bütövlükdə vahid maliyyə-pul-kredit siyasətinin həyata keçirilməsi vaxtıdır. Bu böhranlı vəziyyətdən tez çıxması üçün koordinasiya gücləndirilməlidir, maliyyə, pul kredit siyasəti, manatın sabitliyi inflayasiyanın aşağı saxlanması üçün deyil. Həmçinin, yeni iş yerlərinin açılması üçün də əhəmiyyətli olmalı valyuta ilə verilən kredit problemlərini həll etmədən bank sistemin sağlamlığına nail olmaq mümkün deyil. Təklifləri hazırlayıb aidiyyatı srukturlara göndərmişik. Bir ay keçib və cavablar gözləyirik”-, deyə o bildirib.

 

Mürtəza