Əli Məsimli: “Hesablama Palatasına güclü dəstək verməliyik ki…”

  • By admin
  • 26 Aprel 2022 21:28
Millət vəkili  Əli Məsimli Milli Məclisin  aprelin 26-da keçirilən plenar iclasında  Hesablama Palatasınn  2021-ci ildə fəaliyyəti haqqında  hesabatının müzakirəsi zamanı bir sıra aktual təkliflərlə çıxış edib.
Gununsesi.info həmin çıxışın əsas məqamlarını təqdim edir.
“Hesablama Palatasının 2021-ci ildə fəaliyyəti haqqında” hesabatı qaldırılan məsələləri sübut edilə biləcək səviyyədə kifayət qədər faktoloji materiala əsaslanır və həm də  kifayət qədər mühüm təhlili materialları özündə əks etdirir. Bu əsasda Milli Məclisə və Hökumətə bir sıra praktiki əhəmiyyətli tövsiyələr hazırlanıb.
Bununla belə nəzarət tədbirlərinin nəticəsi olaraq cəmi 34,2 milyon manat dövlət vəsaitini bərpa edilib. Əksər qurumlarda maliyyə intizamının zəifliyi,dövlət vəsaitlərindən istifadənin səmərəliliyinin, şəffaflığın və cavabdehliyin aşağı səviyyədə olması, eləcə də korrupsiya halları, bir sıra digər pozuntular və sui istifadə halları nəticəsində dövlətə dəyən ziyanın real miqyasları fonunda nəzarət tədbirlərinin nəticəsi olaraq uzun illər olduğu kimi, hesabat ilində də bərpa edilən vəsait çox simvolik bir rəqəmdir. Ona görə də bərpa edilmiş məbləği əsas meyar kimi  götürməyin əhəmiyyəti artıq itib. Deməli və bu sahədəki problemlərin həllinə köklü yanaşılmalı, dövlət maliyyəsinə münasibət əsaslı şəkildə dəyişməli və nazərət mexanizmi yenilənməlidir.
Bundan ötrü, görülməsi vacib olan işlərin içərisində bir neşə məqamı xüsusi qeyd etmək istərdik:
1. Yarandığı vaxtdan ötən il 20 il ərzində peşəkar bir quruma çevrilmiş Hesablama  Palatasının indikindən qat-qat artıq nəticələrə nail ola bilər.         Hesablama Palatasının sözügedən istiqamətlərdə hədəflərə daha dolğun şəkildə nail olmasından ötrü Palatanın səlahiyytləri yaşamağa başladığımız yeni mərhələnin çağırışlarına daha dolğun cavab verə bilən səviyyədə artırılmalı və onun fəaliyyətinin müasir innovativliyinin və kəsərinin artrılması  tendensiyası gücləndirilməlidir.Bu kontekstdə Hesablama Palatası fəaliyyətində korrupsiya və digər pozuntularlarla bağlı qabaqlayıcı tədbirlərə daha çox üstünlük  verilməsini daha  vacib hesab edirik.Bu üsulla Hesablama Palatasının 34,2 milyon manatdan 10  dəfələrlə çox dövlət vəsaitini sui istifadə hallarından xilas etmək və  büdcəyə bərpa etmək olar.
2.Azərbaycan Respublikasının Konstitusiyasının 95-ci maddəsinin 5-ci bəndinə əsasən Milli Məclis Azərbaycan Respublikası dövlət büdcəsinin təsdiq edilməsi və onun icrasına nəzarət institutudur.Hazırkı dövr tələb edir ki, Hesablama Palatası ilə Milli Məclisin son illər özünü göstərməyə başlayan əməkdaşlığı dərinləşdirilməli və bu əsasda Milli Məclisin büdcə proseslərində iştirakı genişləndirilməli və  büdcə üzərində nəzarəti gücləndirilməlidır.Hesablama Palatasının fəaliyyətinin güclənməsi  və kəsərinin artrılması  xeyli dərəcədə bu məsələnin optimal həllindən  asılıdr. Milli Məclis Hesablama Palatasının irəli sürdüyü  təklif və tövsiyələrin diqqətdən kənarda qalmamasında, ildən ilə onların daha çoxunun aidiyyatı orqanlar tərəfindən qəbul edilib, optimal müddətdə tətbiq olunmasında Palataya güclü dəstək verməlidir.
3.Auditlər və digər tədbirlər zamanı Hesablama Palatasının fokuslandığı dövlət investisiyaları, dövlət satınalmaları, maliyyə hesabatları, dövlət proqramları ilə yanaşı  sosial  cəhətdən həssas təbəqələr və müharibə iştirakçılarının şəraitinin yaxşılaşdırılması və sair  kimi məsələlər əsas sahələr kimi önə çəkilməlidir. Bu baxımdan Milli Məclis Hesablama Palatası ilə birlikdə sosial proseslərin tənzimlənməsinin,o cümlədən  sosial proseslərin hüquqi  tənzimlənməsinin nəticəliliyinin artırılmasına təsirini gücləndirməlidir.Məsələn, Hesablama Palatası pandemiya dövründə işsis kimi qeydiyyata alınan şəxslərə 190 manatlıq birdfəlik ödəmələrin verilməsi ilə bağlı apardığı araşdırmanı təkcə təhlil səviyyəsində saxlamamlı, nöqsanların aradan qaldırılması səviyyəsinə çatdırmalı, bu sahədəki qanunvericilik aktlarının təkmilləşdirilməsi, işsizliyin statistikasının dəqiqləşdirilməsi və sair bu kimi vacib problemlərin çozülmsinə yönəltməli və Milli Məclis isə  Hesablama Palatasınin bu yöndə irəli sürdüyü təkliflərin reallaşdırılmasına dəstək verməliidr.
4.Hesablama Palatasının həyata keçirdiyi tədbirlər içərisində Kənd təsərrüfatının rəqabət qabiliyyətinin gücləndirilməsi” layihəsi üzrə müəyyən olunmuş hədəflərə nail olunma səviyyəsinin qiymətləndirilməsi mövzusunda keçirilmiş səmərəlilik auditi və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin meşələrin idarəedilməsi fəaliyyətinin qiymətləndirilməsi auduti öz dərinliyi və nəticəliliyi ilə fərqlənir.Məsələn, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən həyata keçirilən “Kənd təsərrüfatının rəqabət qabiliyyətinin gücləndirilməsi” layihəsi üzrə hədəflərə nail olunma hansı səviyyədədir və layihə üzrə nəticəlilik təmin edilirmi?”sullarına əsaslandırılmış şəkildə cavab verilib ki, ümumi dəyəri 53,3 mln. ABŞ dolları olan layihənin reallaşdırılmasının ümumi nəticəliliyi aşağı səviyyədə olub. Layihə çərçivəsində həyata keçirilmiş tədbirlər toxum sektorunun inkişafına əhəmiyyətli dərəcədə təsir etməmişdir. Ölkəyə idxal olunan toxumların sortluq və səpin keyfiyyətlərini təsdiq edən uyğunluq sertifikatlarındakı göstəricilərin müvafiq olmasına lazımı sviyyədə nəzarəti həyata keçirilmir. Bu isə son nəticədə istehlakçı hüquqlarının pozulmasına, istehlakçının keyfiyyətsiz toxumun istifadəsi üzrə aşağı məhsuldarlıq nəticəsilə üzləşdikdə isə iqtisadi səmərəsinə təsir edir. Belə dərin tədqiqatlar  ictimailəşdirilməlidr ki, digər qurumlar da nəticə çıxarsın.
5.Büdcədə nəzərdə tutulan,amma müxtəlif  səbəblərlə ödənilməyən və ya vaxtında tam ödənilmyən vəsaitlərin dövlət qurumları üçün sifarişlər yerinə yetirən sahibkarların bir hissəsinin müflisləşmə və sıradan çıxarılma vasitəsi olması  halları ortaya qoyulmalı və onun qarısının alınmasına yönəlik təkliflər və onun ardınca isə müvafiq tədbirlər işə salınmalıdır.
Gununsesi.info