Əli Məsimli: “Yolu bərpa etməyəcəkdinizsə, niyə dağıtmısınız?”

  • By admin
  • 31 May 2021 14:06

Yevlaxdan Şəkiyə qısa müddətə çox gözəl yol çəkilib. Həqiqətən də qısa müddətə Şəkiyə çatmaq olur. Ancaq Oğuz-Şəki yolu dağıdılıb və buna qədər yolun bərpası haqqında düşünmürlər.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin deputatı Əli Məsimli parlamentdə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsində çıxışı zamanı bildirib.

Ə.Məsimli qeyd edib ki, turizm mövsümü zamanı da yolun bərpa olunmasına ümid yoxdur: “Əgər siz yolu bərpa etməyəcəkdinizsə, niyə sökürdünüz? Aidiyyəti qurumlar bu məsələni uzadacaq və sonda da deyəcək ki, vəsait azlığı var. Nəticə olaraq bütün məsuliyyət də düşəcək Maliyyə Nazirliyinin üzərinə”.