Əli Mirəliyev görün o məmurla bağlı NƏLƏR DEDİ: Sən kimsən ki... - VİDEO

  • By admin
  • 26 Aprel 2022 13:27

Bakıda “Lexus” markalı maşının sürücüsünün motosiklet sürücüsünü vuraraq təhqir etməsinə şou-biznesin tanınmış nümayəndəsi Əli Mirəliyev də münasibət bildirib.

Ə.Mirəliyev Publika.az-a açıqlamasında söyləyib ki, bu cür hadisələrin yaşanması təəssüf doğurur:

“Görünür, qudurublar. Motosiklet sürən də sənin kimi insandır. Kasıb adamdır, bəlkə də evinə və ya kiməsə yemək aparır. Bəlkə də döyülən elə fəhlə adamdır, onsuz da onu Allah döyüb, sən niyə döyürsən?! İndi Bakıda motosikletlə fəhləlik edənlər çoxdur. Sifariş yerinə yetirirlər, kimlərəsə yemək aparırlar, fəhləlik edirlər. Bunun qarşılığında da 5-10 manat pulu ya verirlər, ya da vermirlər. Bu da durub onu döyür. Sözünüzü deyin, niyə döyürsünüz? Sən kimsən ki, onu döyürsən?! Məmursan, cəhənnəmə məmur ol, yolu keçir də, sənin nəyinə mane olur?! Sənə söz deməyib, təhqir etməyib, niyə vurursan axı?! Hünərin varsa, get, başqalarını – səndən güclüləri, səndən daha varlıları döy. Onları döyə bilməyəcəksən! Çünki sənə qarşılığını artıqlaması ilə verəcəklər. Yazıq fəhləni, motosiklet sürəni niyə döyürsünüz axı?! Allah bilir, bəlkə də heç anası, bacısı da yoxdur. Niyə motosiklet sürürlər, deməli, problemləri var də…”

Əli Mirəliyev deyib ki, onlar üçün motosiklet sürmək hər dəqiqə ölümdür:

“Hər gün görürük, milyonçularun uşaqları onları sürüyürlər, maşının altında qoyurlar. Belələrinə qarşı ciddi ölçü götürülməlidir ki, digərlərinə də dərs olsun. Motosiklet sürücüsünü döyən “Lexus” sürücüsünü ciddi şəkildə cəzalandırmasalar, sabah başqası da belə bir addım atacaq. Bir başqası həmin motosiklet sürənin birini avtomobili ilə tapdayıb keçəcək. Belə olmaz. Bu cür hərəkətlər, özbaşınalıqlar yolverilməzdir”.

Gununsesi.info