“Əli və Nino”-nun Gürcüstanda premyerası oldu

  • By admin
  • 24 Oktyabr 2016 13:46

alinino

Gürcüstanın paytaxtı Tbilisidə “Əli və Nino” bədii filminin gürcü dilində versiyasının premyerası olub.

Gununsesi.info xəbər verir ki,  Tbilisi şəhərinin meri David Narmaniya, Türkiyə səfiri Zəki Ləvənt Gümrükçü, Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn iştirak edib.  Ekran əsərinin çəkilişlər Bakıda tarixi İçərişəhərin küçələrində və paytaxtın müxtəlif yerlərində, həmçinin Qobustanda, Qubanın Xınalıq kəndində və başqa yerlərdə aparılıb.

Filmdə Adam Bakri, Mariya Valverde, Xalit Ergenc, Mendi Petinkin, Koni Nilson, Rikkardo Skamarçio, Humayon Erşardi, Fəxrəddin Manafov, Assaad Buab, Numan Akar və başqa tanınmış aktyorlar çəkiliblər.

Qedy edək ki, film başqa dillərə də tərcümə olunacaq.

“Əli və Nino” filmi bu gündən Gürcüstanın bütün bölgələrində nümayiş etdiriləcək.

Gununsesi.info